“Əmanətçilərə 9 milyondan artıq kompensasiya ödənildi

19:13 | 02.02.2016
“Əmanətçilərə 9 milyondan artıq kompensasiya ödənildi

“Əmanətçilərə 9 milyondan artıq kompensasiya ödənildi

"Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar – "Muğanbank” ASC və "Rabitəbank” ASC vasitəsi ilə kompensasiya ödənişi davam edir.
 
Fonddan "APA-Economics”ə verilən xəbərə görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
 
Seçilmiş agent banklar tərəfindən 4 gün ərzində sənədləri qaydasında olan 420-dən çox əmanətçiyə 9 milyondan artıq kompensasiya ödənilib.
 
Nəzərinizə çatdırmaq istərdik ki, fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.
 
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
 
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Muğanbank” ASC və "Rabitə Bank” ASC seçilmişdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb