"Əmək pensiyası haqqında" qanuna dəyişikliklər layihəsi təqdim edildi

21:40 | 26.01.2017

"Əmək pensiyası haqqında" qanuna dəyişikliklər layihəsi təqdim edildi

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
 
APA-nın xəbərinə görə, bunu MM-in Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.
 
Onun sözlərinə görə, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
 
Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb