Çempionlar Liqası: püşkün nəticələri açıqlandı - YENİLƏNİB

15:35 | 11.04.2014
Çempionlar Liqası: püşkün nəticələri açıqlandı - YENİLƏNİB

Çempionlar Liqası: püşkün nəticələri açıqlandı - YENİLƏNİB

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən yarımfinalda "Real" "Bavariya"ya, "Çelsi" isə "Atletiko"ya rəqib olub.Qeyd edək ki, 1/2 final mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək:"Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)"Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)ANN.Az***

11:54

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.Yarımfinalda oynamaq hüququ qazanan 4 komandadan ikisi İspaniyanı təmsil edir ki, püşk yenidən bu ölkənin komandalarını üz-üzə qoya bilər. Qalan iki klubdan biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir.Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.Yarımfinalçılar: "Atletiko" (Madrid, İspaniya), "Real" (Madrid, İspaniya), "Bavariya" (Almaniya) və "Çelsi" (İngiltərə). ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM