Çempionlar Liqası: "Real" və "Volfsburq" qalib gəldi

09:48 | 18.02.2016
Çempionlar Liqası:

Çempionlar Liqası: "Real" və "Volfsburq" qalib gəldi

Çempionlar Liqasında 1/16 final mərhələsinin ilk oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

Günün ən çox maraq doğuran oyunu İtaliyada baş tutub. Paytaxt Romanın eyniadlı komandası Madridin "Real" klubunu qəbul edib. Hər hissədə bir qol vuran "kral klubu" görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Bu, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Çempionlar Liqasında ilk qələbəsi olub.

"Volfsburq" isə səfərdə Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.
 
 
17 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 0:2
Qollar: Ronaldo, 57 (0:1), Xese, 86 (0:2)

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:3
Qollar: Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (1:3), Koulibali, 89 (2:3)
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb