Ən yaxşı "qorxu" musiqiləri - SİYAHI+VİDEO

19:12 | 01.11.2014
Ən yaxşı "qorxu" musiqiləri - SİYAHI+VİDEO

Ən yaxşı "qorxu" musiqiləri - SİYAHI+VİDEO

1. Psycho (Psixo) - 1960-cı il. Rejissor Alfred Hiçkokdur. Film bir motel sahibinin - Norman Beytsin necə qatilə çevrilməsindən danışılır. Həyatını dəyişmək üçün külli miqdarda pul oğurlayaraq təsadüfən motelə gələn Meion Kreyn və onun ardınca düşən xəfiyyə Arboqastı öldürən Normanı idarə edən qüvvə onun anasıdır. Amma burda bir sirr var, bu sirri Merion Kreynin bacısı və sevgilisi aça bilirlər. Bəlli olur ki, Normanın anası çoxdan ölüb və dəfn olunmayan meyit otağın bir tərəfində kresloda qurumuş halda saxlanılıb.

Filmdəki musiqilərin müəllifi Bernard Herrmandır.

2. "Rosemary`s Baby" ("Rozmarinin uşaqları") - 1968-ci il

Rejissor Roman Polanskinin istehsalı olan gərgin psixoloji filmdir. Ayra Levinin eyni adlı romanı əsasında ekran üzü görən filmin baş rollarını Mia Farrou və Con Cassavetes oynayır.

Rosemari bir evdar qadındır. Əri Gay isə aktyordur. Onlar Nyu Yorka köçürlər və gənc qadın ana olmaq istəyir. Təzə qonşusu ona şirniyyat təklif edir, qadın bunu yemir, amma huşunu itirir. O, yuxusunda şeytani bir varlığın təcavüzünə uğradığını görür. Aradan 2-3 ay keçir və Rosemari hamilə olduğunu öyrənir. Araşdırma aparan Rosemari qonşularının şeytana tapındıqlarını, uşağından istifadə edəcəyini və ərinin öz sənətində uğur qazanması üçün arvadını və körpəsini qurban verəcəyini öyrənir. Vaxt gəlir və Rosemariyə doğumdan sonra uşağın öldüyü deyilir. Ana buna inanmır və bir axşam binada körpə uşaq ağlamasını eşidib onu axtarmağa başlayır. Buna nail olan Rosemari şeytana tapınanların uşağını öldürmək istədiyini görür. Onun oxuduğu nəğmə övladını xilas edir.Filmin musiqisini Krzysztof Komedaya aiddir. Bu filmdə səslənən musiqilər bəstəkarın son yaradıcılığı hesab olunur. Film hələ ekranlara çıxmamış bəstəkar yol qəzasında həlak olur.

3. "The Exorcist" - ("Şeytan")  - 1973-cü il

Uilyam Frudkinin çəkdiyi bu film bütün dünyada tənqidlə qarşılanıb və maraqlısı odur ki, filmin çəkilişi zamanı da çəkiliş heyətinin başına faciələr gəlib. İki dəfə yanğın baş verib, işıqçı və asissentlərdən biri ölüb, 3 işçı infarkt keçirib, baş rolu - Riqanı canlandıran Linda Bleyr çarpayıdan yıxılaraq qolunu sındırıb, bir dəfə də aktyorların kostyumları oğurlanıb.Merrin İraqda qazıntılar aparan bir rahibdir. Orada Şeytan Pazuzu ilə əlaqədar dəlillər tapır. Onun ABŞ-da bir filmə çəkilən qızı Riqan dərin psixoloji gərginlik keçirir. Eyni zamanda Ata Demien vəfat etmiş anasının dinsiz olmasından çox narahatdır. Hər iki şəxsi birləşdirən bir nöqtə var: əfsanəyə şevrilmiş şeytan Pazuzu. "Ən yaxşı qorxu filmləri" siyahısında birinci yerlərdə olan bu filmin musiqisi Mike Oldfield -in "Tubular Bells" albomundan götürülüb.  

4. "Jaws" - ("Челюсти") - 1975-ci il.

Filmin rejissoru Steven Spirlberqdir.Hadisələr 1-5 iyul 1974-cü ildə Emiti adasında baş verir. Gənc qadın Uotkins gecə vaxtı dənizdə çimmək istəyir və dəniz sahilinə yan almış böyük akulanın ilk qurbanına çevrilir. Səhəri gün yerli polis şefi Martin Broudi və onun köməkçisi Lennu Xendriks qadının cəsədinin qalıqlarına rast gəlir. Polis şefi bir neçə dəfə çimərliyə girişə qadağa qoymağa çalışır, amma adanın meri, eyni zamanda sahilətrafı hotellərin və restoranların sahibi Larri Boun buna qarşı çıxır. Film akulanın qurbanlarının sayının artması fonunda pulgir merlə polis şefinin arasındakı mübarizəni ortaya qoyur. Qurbanların sayının artması meri polis şefi ilə razılaşmağa - sahilə girişə qadağa qoymağa məcbur edir. Daha sonra isə qatil akulanın oxuna çıxan peşəkarlar adaya dəvət olunur.Filmin musiqilərinə imzanı Con Uilyams atıb. Dahi bəstəkar 5 Oskar, 17 Qrammi, 3 Qızıl Qlobus, 2 Emmi və digər mükafatlar sahibidir.

5. "Suspiria" -  ("Suspiriya")  - 1977-ci il

İtalyan rejissoru Dario Argentonun bu filmində baş rollarda Cesika Xarper, Miqel Boze, Srefaniya Kazini və Flavio Buççi yer alıb.Syuzi Bennion gənc amerika balerinasıdır. O, Avropaya - Almaniyaya gələrək peşəkarlığını artırmaq niyyətindədir və balet məktəbinə daxil olur. Amma bu məktəbdə qeyri-adi hadisələrlə qarşılaşır. Tələbələrin amansızcasına qətli törədilir. Syuzu bunu araşdırmağa başlayır və aydın olur ki, tez-tez bu məktəbdə ifritələrin yığıncağı keçirilir.Bir çox film tədqiqatçılarının fikrincə, "Suspiriya" "dünyanın ən qorxunc filmi"dir. Filmdəki musiqilərin müəllifi Zira Qoblindir.

6. "Halloween" ("İfritələrin bayramı")  - 1978-ci il

Filmin rejissoru Con Karpenterdir. O, həm də filmə musiqi bəstələyib. Öz muzikllarında daha çox pianinoya üstünlük verən Con Karpenter bu filmdə də öz adətinə xilaf çıxmayıb.Film 2006-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilib. ABŞ Milli Film Arxivində mühafizə olunur.Filmin büdcəsi 325 min dollar olub. Ekranlara çıxdıqdan sonra ABŞ-da 47 milyon, dünya ölkələrində isə 60 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bir müddət sonra filmin gəliri 70 milyon dollara çatıb.  Beləcə,  bu film ən çox qazanc gətirən müstəqil filmlərdən biri olub. Filmin əsas ilham mənbəyi ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok tərəfindən çəkilən "Psixo" filmidir. Filmdə göstərilən hadisələr İllinoys ştatının film üçün uydurulan Heddonfild şəhərciyində baş verir.Tənqidçilərin sözlərinə görə bu film qatil ilə tamaşaçı arasında əlaqə yaradaraq sadizm və qadın düşmənliyini təşviq edir.   

7. "The Shining" - ("Parıltı") - 1980-cı il

Amerikalı rejissor Stenli Kubrikin Stiven Kinqin eyniadlı romanı əsasında çəkdiyi qorxu filmidir. Filmdə Cek Torensi Cek Nikolson, Torensin arvadını isə Şelli Dyuval canlandırır. Filmin büdcəsi 19 milyon dollar olub. Filmdən təxminən 44 milyon dollar gəlir əldə edib.Filmdəki qorxu dolu səhnələri müşayiət edən bənzərsiz musiqi əsərlərinin müəllifləri Wendy Carlos və Rachel Elkind-ə məxsusdur.

8. "Dracula" - ("Drakula") - 1992-ci il

ABŞ istehsalı olan romantik qorxu-gərginlik filminin rejissoru Francis Ford Coppola-dır. Film irlandiyalı yazar Bram Stoker -ın 1897-ci ildə yazdığı məşhur  "Dracula" romanının süjeti əsasında çəkilib. Filmdə Gary Oldman, Winona Ryder, Keanu Reeves və Anthony Hopkins rol alıblarBram Stoker-ın bu romanı əsasında bir neçə dəfə film çəkilib. Ancaq Coppolanın bu filmi romana ən uyğun gələn film kimi tarixə düşüb.Film 3 nominasiya üzrə Oscar alıb:  Ən Yaxşı Kostyum, Ən Yaxşı Makiyaj və Ən yaxşı səs qurğusu. Bundan başqa müxtəlif yarışlarda 7 mükafat layiq görülüb.Dracula, yəni Vlad Tepeş əslində tarixdə yaşamış bir şəxsiyyət olub. 15-ci əsrdə gücü və vəhşiliyi ilə ad salan bu şahzadə hər kəsdə qorxu yaradıb.Filmin soundtrackının müəllifi Wojciech Kilar-dır. Diqqətli filmsevərlər bu bəstəkarı məşhur rejissor Polanskinin "Pianist" filmindən də xatırlamalıdırlar.

9. "28 Days Later..." - ("28 gün sonra...") - 2002-ci il

Rejissor Denni Boylun postapokaliptik janrda olan bədii filmidir. Film Böyük Britaniya istehsalıdır, zorakılıq və qəddarlıq səhnələri ilə zəngin olduğundan 16 yaşından aşağı şəxslərin izləməsi üçün məsləhət görülmür. Film 2002-ci ildə çəkilib və 8 milyon dollara başa gəlib.Filmin baş qəhrəmanı Cim komadan ayılarkən Londonu bomboş görür. Lakin az sonra bir neçə quduzlaşmış şəxs ona hücum edirlər. Güclə qurtulan Cimə sonradan məlum olur ki, dəhşətli virus bütün Britaniya əhalisini zombiyə çevirib. Lakin Cim sağ qalmağı bacarır (filmin alternativ sonluğu da mövcuddur, orada Cim ölür) və 28 gün sonra zombilər aclıqdan tamamilə məhv olurlar.Fim bir çox mükafatlara, o cümlədən "Ən yaxşı Britaniya filmi" mükafatına da layiq görülüb.Filmlər bağlı maraqlı faktlar: filmdəki bəzi səhnələr 1988-ci ildə İraqın Hələbcə şəhərinə zəhərli qaz hücumu hadisəsindən bəhrələnib.Filmdəki qəhrəmanlardan heç biri  filmin ikinci hissəsində (28 həftə sonra) iştirak etmir.Xəfif-xəfif, fərq etdirmədən insanın içinə işləyən musiqilərin müəllifi John Murphy-nin ən bəyənilən soundtrack-larının başında məhz "28 gün sonra..." dayanır. 

10. "Saw" - ("Mişar")  - 2004-cü il

"Mişar" filminin rejissor James Wandır. Filmdə olduqca dəhşətli kriminal və qanlı səhnələri görmək mümkündür.Whannell və Elwes, bir-birini tanımayan iki adamdır. Bir gün, mundar bir vannanın içində ayılırlar. İkisi də bu bərbad yerə necə gəldiklərini və onları necə bir bəla gözlədiyini bilmirlər. Ancaq yerdə yatan və başının bir hissəsi qopmuş adam, onlara nə üçün burada olduqları haqqında bir işarə ola bilər. Axırda, manyak bir adamın qurbanları olduqlarını başa düşəcəklər...

Dəhşət dolu səhnələri daha da qorxunc və tükürpədici edən musiqilərin müəllifi isə Charlie Clouser-ə məxsusdur.

Hazırladı Nuray

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb