Ər-Riyadda Obamaya soyuq münasibət

12:37 | 21.04.2016
Ər-Riyadda Obamaya soyuq münasibət

Ər-Riyadda Obamaya soyuq münasibət

Obamanı kral ailəsinin nümayəndəsi qarşılamayıb.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına səfərə gələn ABŞ prezidenti Barak Obamaya çox soyuq münasibət göstəriblər.

Belə ki, Amerika prezidentinin protokola zidd olaraq, onu Ər-Riyad aeroportunda kral ailəsinin nümayəndəsi yox, paytaxt regionunun qubernatoru qarşılayıb. 

Obama Kral Salman ilə görüşü zamanı ölkə liderləri əl sıxmaqla kifayətləniblər, amma Corc Buş-kiçik bu ölkəyə səfər edərkən əl sıxma ilə deyil, qucaqlaşma ilə qarşılanmışdı. 

CNN teleşirkəti bunu əvəllər sadiq müttəfiq olan ölkələr arasında "soyuq münasibətlərin davamı”nın əlamətləri hesab edir.

Səudiyyə televiziyası Obama və kral Salmanın görüşünü yayınlamayıb, amma monarxın Ər-Riyada İraq körfəzində Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının sammiti iştirakçılarını qarşılamağı barədə süjet göstərilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb