Ərdoğan: Ağrının dərisinin rəngi, iri, dili və dini olmur

14:57 | 23.05.2016
Ərdoğan: Ağrının dərisinin rəngi, iri, dili və dini olmur

Ərdoğan: Ağrının dərisinin rəngi, iri, dili və dini olmur

"Biz müxtəlif ölkələrdə minlərlə layihə həyata keçiririk”.

Biz üç milyondan çox suriyalı və iraqlı qaçqını qəbul etmişik. Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, qaçqın axını prosesi davam edənədək qapılarımız suriyalı yaxud iraqlı – fərq etməz, təhdidlərlə üz üzə qalmış və bombalardan qaçan hər bir kəsin üzünə açıqdır.

Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ümumdünya Humanitar Sammitinin açılışında çıxışı zamanı bildirib.

Türk dövləti başçısının sözlərinə görə, Türkiyə yaxşı bilir ki, ağrının dərisinin rəngi, irqi, dili və dini olmur.

"Bu prinsipi rəhbər tutan Türkiyə bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və inkişafa dəstək işləri aparır. Biz müxtəlif ölkələrdə minlərlə layihə həyata keçiririk”, - deyə, prezident bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb