Ərdoğan Bakıdan maraqlı FOTO paylaşdı

14:55 | 01.11.2017
Ərdoğan Bakıdan maraqlı FOTO paylaşdı

Ərdoğan Bakıdan maraqlı FOTO paylaşdı

Prezidentlərin səmimi görüntüsü

Oktyabrın 30-da Azərbaycana səfər edən Türkitə prezidenti Rəcəb Tayyib Ərdoğanın bakıdan paylaşdığı foto böyük marağa səbəb olub. İstiPress-in məlumatına görə, Bakı-Tiflis-Qars dəmiryolunun açılışına qatılan, daha sonra isə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edən Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi görüşdən olan bir fotonu sosial şəbəkədəki hesabında paylaşıb.

Ərdoğanın "Twitter" hesabında paylaşdığı fotoda iki prezidentin görüşü əks edilib. Lakin prezidentlər səmimi görüş zamanı pencəksiz olublar. Onların hər ikisinin pencəyi isə yanlarındakı asılqandan asılı olub. Türkiyə prezidenti paylaşdığı fotonu aşağıdakı sözlərlə şərh edib və İ.Əliyevi şəkildə qeyd edib. 

"Səmimi və isti qonaqpərvərlik üçün dost, qardaş Azərbaycanın prezidenti İlham Əliyev qardaşıma təşəkkür edirəm". 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM