Ərdoğan İlham Əliyevlə görüşəcək

10:21 | 18.03.2014
Ərdoğan İlham Əliyevlə görüşəcək

Ərdoğan İlham Əliyevlə görüşəcək

Bu barədə Türkiyə xarici işlər naziri Davudoğlu Krım Tatar Məclisinin sabiq rəhbəri Mustafa Krımoğlu ilə görüşündə açıqlama verib

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşəcək. 

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Krım Tatar Məclisinin sabiq rəhbəri və Ukrayna millət vəkili Mustafa Krımoğlu ilə görüşü zamanı açıqlama verib. 

Davudoğlu qeyd edib ki, Türkiyə Krım məsələsinə görə, istər türk dünyası ilə istərsə də İslam dünyasının liderləri ilə görüşməyə hazırdır: "Baş nazir Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşəcək. Türkiyə, Qara dəniz bölgəsində, Balkanlarda, Qafqazda, bütövlükdə Avrasiyada sülhün qorunması üçün bütün tərəfləri düzgün qərar qəbul etməyə çağırır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb