Ərdoğan Putinlə görüşəcəyi tarixi açıqladı

15:40 | 23.07.2016
Ərdoğan Putinlə görüşəcəyi tarixi açıqladı

Ərdoğan Putinlə görüşəcəyi tarixi açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə avqustun ortalarında görüşməyi planlaşdırır.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, Ərdoğanın müvafiq bəyanatı "France-24” telekanalının efirində yayımlanıb.

"Hazırda Türkiyə XİN-in əməkdaşları rusiyalı həmkarları ilə bu məsələ barədə danışıqlar aparırlar. Əlbəttə ki, Türkiyədə baş verən son hadisələr səfərin tarixinə təsir göstərəcək. Hesab edirəm ki, əgər gözlənilməz hadisə baş verməsə, Rusiya prezidenti ilə görüş təxminən avqustun ortalarında baş tutacaq”, - Ərdoğan deyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb