Ərdoğan üçün acı gün

10:53 | 03.01.2018
Ərdoğan üçün acı gün

Ərdoğan üçün acı gün

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənazə namazına qatılıb.

Metbuat.az xəbər verir ki, prezident Ərdoğan Tarabyadakı köşkündən ayrılaraq 23 yaşlı əzələ xəstəliyindən dünyasını dəyişən Abdulla Samet Dəmir üçün hazırlanan cənazə mərasimində iştirak edib.

Cənazə namazından əvvəl Dəmirin ailəsinə başsalığı verən Ərdoğan, namazın ardından Abdulla Samet Dəmirin cənazəsini maşına qədər daşıyıb.

Mərasimə Dəmirin atası Avni, anası Sündüz, qardaşı Əmirhan Dəmir və bir çox səlahiyyətli nümayəndələr qatılıb.

Mərasimin ardınca Abdulla Dəmir Osmanqazi qəbirstanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Ərdoğan mart ayında Dəmiri Sultanbəylidəki evində ziyarət etmişdi.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM