Ərdoğan vətəndaşları yürüşdən imtina etməyə çağırdı

20:27 | 22.04.2014
Ərdoğan vətəndaşları yürüşdən imtina etməyə çağırdı

Ərdoğan vətəndaşları yürüşdən imtina etməyə çağırdı

İstanbulun Taksim meydanı 1 May yürüşünün keçirilməsi üçün yer deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.Baş nazir bəyan edib ki, Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır.R.T.Ərdoğan həmçinin bildirib ki, hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil.Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib ki, 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək: "Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün uyğun yer deyil, bu səbəbdən də 1 May yürüşləri Taksimdə deyil, başqa yerlərdə keçirilsin".Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM