Ərdoğana zərbə vuran tapıldı

14:35 | 19.06.2014
Ərdoğana zərbə vuran tapıldı

Ərdoğana zərbə vuran tapıldı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iş ofisinə "juçok" yerləşdirən şəxsin kim olduğu müəyyən edilib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı Ankara prokurorluğundakı mənbələrinə istinadən xəbər yayıb. Bildirilir ki, baş nazirin ofisinə "juçok" yerləşdirən şəxs bir neçə gün əvvəl polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan 11 nəfərdən biridir. Lakin hələlik onun adı açıqlanmır.Xatırladaq ki, iyunun 17-də Ankara prokurorluğu Ərdoğanın mühafizə xidmətinin əməkdaşlarının hökumət rəhbərinin telefon danışıqlarının dinlənilməsi üzrə işlə bağlı “Böcək əməliyyatı” keçirmişdi. Əməliyyat zamanı Ərdoğanın mühafizə xidmətinin rəisi Mehmet Yüksəl başda olmaqla 11 nəfər saxlanılmışdı. Baş nazirin telefon danışıqlarının dinlənilməsi üzrə açılan cinayət işində 12 mühafizəçinin adı hallanır. Onlardan biri ölkə xaricində olduğu üçün saxlanılması mümkün olmayıb.Qeyd edək ki, 2011-ci ilin dekabr ayında Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğanın iş ofisindən 2-dən çox dinləmə cihazı tapılmış, baş nazirin telefon danışıqları dinlənilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb