Ərdoğanın mühafizəçiləri saxlanıldı

16:40 | 17.06.2014
Ərdoğanın mühafizəçiləri saxlanıldı

Ərdoğanın mühafizəçiləri saxlanıldı

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin bir neçə əməkdaşı saxlanılıb. ANS PRESS-in məlumatına görə, polis Ərdoğanın mühafizə xidmətinin əməkdaşlarının hökumət rəhbərinin telefon danışıqlarının dinlənilməsi üzrə işlə bağlı “Böcək əməliyyatı” keçirib.Baş nazirin telefon danışıqlarının dinlənilməsi üzrə açılan cinayət işində 12 polis əməkdaşının adı hallanır. “Böcək əməliyyatı” nəticəsində isə onlardan 11-i saxlanılıb. Əməliyyatlar İstanbul və Ankara başda olmaqla 6 şəhərdə keçirilib. Saxlanılanlar arasında Ərdoğanın mühafizə xidmətinin sabiq müdiri də var. Şübhəli şəxslərdən biri isə ölkə xaricindədir. Hazırda isə əməliyyat davam edir.Qeyd edək ki, 2011-ci ilin dekabr ayında Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğanın iş ofisindən 2-dən çox dinləmə cihazı tapılmışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb