Ərdoğanın Taksimlə bağlı planları ləğv edildi

02:07 | 25.12.2013
Ərdoğanın Taksimlə bağlı planları ləğv edildi

Ərdoğanın Taksimlə bağlı planları ləğv edildi

Taksim meydanında məscid və Qalatasaray çox mərtəbəli parkinq sahəsi layihələri qadağan edildi

Türkiyənin İstanbul şəhərinin 10-cu dairə məhkəməsi AKP hökumətinin Taksim meydanı ilə bağlı irəli sürdüyü iki planı ləğv edib. 

ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, planlara Taksim meydanında məscid və Qalatasaray çox mərtəbəli parkinq, həmçinin Bəyoğlu yenidənqurma planı daxildir. Məhkəmə hər iki planın bölgənin xüsusiyyətini kifayət qədər qorumadığını, kompozisiyadan uzaq olduğunu, qorumağa ən çox ehtiyac duyulan sahələrin özəlləşdirilməsini nəzərdə tutduğunu, turizm sahəsi elan edilərək qoruma planı sahəsindən kənara çıxdığını nəzər alaraq bu qərarı verib. 

Qeyd edək ki, hər iki layihə üzrə ilkin işlərin görülməsi bu yay İstanbulda Gəzi parkı hadisələrinin başlamasına səbəb olmuşdu. 

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb