Ərdoğanın xanımının homoseksual modaçısı danışdı - FOTO

17:54 | 15.09.2014
Ərdoğanın xanımının homoseksual modaçısı danışdı - FOTO

Ərdoğanın xanımının homoseksual modaçısı danışdı - FOTO

Türkiyədə aylıq dərc olunan və mühafizəkar oxucuları hədəf alan "Aysha" jurnalının bu dəfəki qonağı prezident Rəcəb Teyyib Ərdoğanın xanımı Əminə Ərdoğan olub.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, "First Lady Emine Erdoğan" sərlövhəli yazıda Çankaya Köşkünün yeni ev sahibəsini jurnalın üz qabığına "qonaq" edən məqalə müəllifi bir çox məqamlara toxunub. Yazıda Əminə xanımın anadan olmasından gənc qızlıq dövrü haqqında, həyat yoldaşı ilə tanışlıq dönəmləri yer alıb.Bu məqalədən sonra Türkiyənin birinci xanımının modalyerlərindən biri olan Tanju Babacanın reportajı oxuculara təqdim edilib. Gey modaçı kimi tanınan Tanju Babacan bir müddət əvvəl mühafizəkar yaşam tərzini seçib  və dinə yönəlib. O, cinsi seçimləri səbəbilə bir çox problemlər yaşadığını deyib. Xüsusilə də məscidlərə alışmaq məsələsində çətinlik çəkdiyini, Əminə Ərdoğanla birlikdə çalışdığını vurğulayıb."Əminə Ərdoğan ölkənin First Lady-si oldu. Ona özəl kolleksiya hazırlayırsınızmı" - sualına cavab verən modalyer belə cavab verib: "Bəli, xanımla birlikdə çalışırıq. Özü məni qəbul etdi və birlikdə bir layihə üzərində çalışırıq. Bu sualınıza belə cavab vermək istərdim ki, geyim insanın şəxsiyyətinə bağlı bir məsələdir və çox özəldir. Hər kəsin özünəməxsus tərzi vardır". ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM