Ərəb şeyxinin unikal avtomobili — VİDEO

10:03 | 10.03.2019
Ərəb şeyxinin unikal avtomobili  — VİDEO

Ərəb şeyxinin unikal avtomobili — VİDEO

Ekstravqant əmir Hamad bin Hamdan əl Naxayyan avtomobil kolleksiyası ilə məşhurdur

"Ölkə.Az” xəbər verir ki, Abu-Dabi şəhərinin əmiri olan Hamad dünyaya qeyri-adi yolsuzluq avtomobilini nümayiş etdirib.

Ərəb şeyxinin sifarişi ilə ABŞ-ın hərbi "Oshkosh M1075” zavodunda yeni yolsuzluq avtomobili istehsal edilib. "Dabiyyan” adlı avtomobilin 14 təkəri var və çəkisi 24 tondan çoxdur. 6 silindrli mühərrik 15.2 litr həcmlidir və 600 at gücü hasil edir. Avtomobilin uzunluğu 10.8 metr, eni 2.5, hündürlüyü isə 3.2 metrdir.

Avtomobilin konstruksiyasının əsas hissəsi ön kabində yerləşir. Bu isə belə maşını necə sürmək olar və "kor zona” problemini necə həll etmək olar sualını yaradır. Bundan başqa Şeyxin bu maşını harada sürəcəyi də məlum deyil.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM