Ərəbistan Ermənistan boyda şəhər tikir

11:41 | 06.03.2018
Ərəbistan Ermənistan boyda şəhər tikir

Ərəbistan Ermənistan boyda şəhər tikir

Səudiyyə Ərəbistanı Misir ərazisində meqaşəhər tikəcək.

Axar.az xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman əl-Səud çıxış edib. O, Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşdən sonra layihə ilə bağlı danışıb.

Şəhər Sinay yarımadasında tikiləcək. Layihə üçün 10 milyard dollar həcmində inkişaf fondunun formalaşdırılması planlaşdırılıb.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində NEOM innovasiya şəhəri inşa etmək planlarını açıqlayıb. Şəhərin sahəsi 26 min kvadrat kilometr olacaq və bir neçə adanı özünə qatacaq. Şəhərin tikintisi üçün ilkin mərhələdə 500 milyard dollar nəzərdə tutulub.

Plana Səudiyyə Ərəbistanı ilə Misiri birləşdirəcək körpünün tikintisi də daxildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb