Erməni general: Allah eləsin ki, sülh olsun, yoxsa...

18:20 | 04.06.2018
Erməni general: Allah eləsin ki, sülh olsun, yoxsa...

Erməni general: Allah eləsin ki, sülh olsun, yoxsa...

Qarabağ klanı Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı açıq etiraza başlayıb.

Axar.az xəbər verir ki, ilk etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə Tadevosyan etiraz edib.

Tadevosyanın fikrincə, Baş Qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr deyil. Tadevosyan bununla özünün həmyerlisi olan Movses Akopyanın Baş Qərargahın rəhbərliyindən göndərilməsinə qarşı çıxıb.

Tadevosyan bu addımın Paşinyana Qarabağ konfliktini həll etməyə yardım etməyəcəyini deyib. Tadevosyan müsahibəsi zamanı həmçinin "Allah eləsin ki, sülh olsun və hər şey yaxşı olsun” ifadələrini də dilə gətirərək, Ermənistanın Azərbaycan qarşısında dayanmaq imkanının olmadığını etiraf edib.

Erməni general Paşinyanın oğlunun Qarabağa göndərilməsinin digər məmurlara təsir edəcəyinə inanmadığını da deyib.

Qeyd edək ki, Akopyan əslən Qarabağdandır. Xocalı soyqırımının iştirakçılarından biri olan Akopyan Qarabağda uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Akopyan Serj Sərkisyana xüsusi yaxınlığı ilə seçilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb