Erməni hərbçisi pulemyotla özünü vurdu

13:40 | 26.04.2017
Erməni hərbçisi pulemyotla özünü vurdu

Erməni hərbçisi pulemyotla özünü vurdu

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.

ANN.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.
İnformasiyaya əsasən, müddətli hərbi qulluqçu, 19 yaşlı Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. O, pulemyotdan özünə atəş açaraq intihar edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. 
Məlumata görə, bu, son bir həftə ərzində Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 3-cü hərbçidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb