Erməni pilotların meyiti qaytarılıb?

18:19 | 24.11.2014
Erməni pilotların meyiti qaytarılıb?

Erməni pilotların meyiti qaytarılıb?

Noyabr ayının 12-də Azərbaycanın işğal altında olan torpaqlarında vurulan Ermənistana məxsus Mİ-24 helikopterilə bağlı müzakirələr səngimək bilmir. Ermənistan tərəfi məhv edilən pilotların meyitlərinin ərazidən çıxarıldığını bildirir, Azərbaycanın Müdafiə Nazirliyi onların bu açıqlamasını qətiyyətlə rədd edir.Bir müddət əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni pilotlara məxsus meyitlərin qaytarılması üçün danışıqlar aparıldığını söyləsə də, bu gün komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a açıqlamasında məsələni media vasitəsilə izlədiklərini deyib. “Meyitlərin qaytarılması üçün danışıqlar davam etdirlirmi” sualına isə komitə rəsmisi bu barədə heç nə deyə bilməyəcəyini vurğulayıb.İstənilən məsələdə şablon cavab olaraq işlədilən “danışıqlar davam etdirilir” ifadəsinin bu gün səsləndirilməməsinin səbəbi meyitlərin həqiqətən erməni tərəfində olması fikrini təsdiq edə bilərmi?.. Gözləyək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb