Anews.az xəbər verir ki, azvision.az-ın bundan öncə xəbər verdiyi kimi, "HƏRBİ MEDİA” səhifəsi erməni istifadəçilər tərəfindən yaradılıb. Bu səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.
Məlumat üçün bildirək ki, "HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən "razm.info” hərbi saytını idarə edən şəxslər tərəfindən yaradılıb.
"Razm.info”nun "Facebook” səhifəsi azərbaycanlı istifadəçilər tərəfindən kütləvi şəkildə şikayət edildiyindən bloklanıb. Bundan sonra həmin saytın əməkdaşları çirkin niyyətlərini həyata keçirmək üçün "HƏRBİ MEDİA” səhifəsini yaradıblar.
Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və sosial şəbəkə istifadəçilərinə düşmən təxribatına uymamağı, ermənilərin yaydığı foto və videogörüntüləri paylaşmamağı tövsiyə edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !