Ermənilər Rusiyanın səfirini qovurlar

18:27 | 28.04.2014
Ermənilər Rusiyanın səfirini qovurlar

Ermənilər Rusiyanın səfirini qovurlar

“Putinin vassalı olmaq istəmirəm”.

Rusiyanın səfiri İvan Volınkinin etika çərçivəsinə sığmayan bəyanatından sonra Ermənistanda heç bir işi qalmır.

Oxu.Az Novosti Armeniya-ya istinadən xəbər verir ki, bunu səfirin MDB ölkələrində stabilliyi pozma amilləri mövcud olarsa Rusiyanın sərt cavab verəcəyi ilə bağlı bəyanatına toxunaraq hüquq mühafizəçisi Artur Sakuns bildirib.

Onun sözlərinə görə, Ermənistanda heç bir ölkənin səfiri belə bəyanat verməyə cürət etməyib.

“Biz bildirmək istəyirik ki, Rusiya – despotluqdur, səfir isə despotluğun nümayəndəsidir. Qoy, əşyalarını toplayıb rədd olsun. Onun burada işi yoxdur”, - Artur Sakuns qeyd edib və əlavə edib ki, əgər prezident Serj Sarkisyan belə bəyanatlara dözə bilirsə, onlar dözə bilməz.

Xatırladaq ki, Rusiya səfirinin bəyan etdiyinə görə, Rusiya tərəfi ona dost ölkələrin daxili işlərinə “fikir və ürəyinə yad olan” heç bir aqressiv müdaxiləyə izin verməyəcək.

Ermənistanın Gömrük İttifaqına birləşdirilməsinə qarşı Rusiya səfirliyinə etiraz yürüşü baş tutmadı: Azadlıq meydanında iştirakçılar bir saata yaxın təşkilatçıları gözlədilər, sonra isə may ayının 16-da daha böyük yürüş təşkil edəcəklərini deyiblər.

Aksiya iştirakçıları “Putinin vassalı olmaq istəmirəm”, “Azadlıq, bərabərlik, qardaşlıq” yazılan plakatlar gətiriblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb