Ermənilər Tərtər rayonunu ağır artilleriyadan atəşə tutub

20:55 | 13.05.2016
Ermənilər Tərtər rayonunu ağır artilleriyadan atəşə tutub

Ermənilər Tərtər rayonunu ağır artilleriyadan atəşə tutub

Erməni hərbi birləşmələri Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
 
APA-nın hadisə yerində olan müxbirinin xəbərinə görə, 20-dən çox mərmi kəndin əkin sahələrinə düşüb.
 
Tərtər rayon Qazyan kənd sakini Yasin Əliyev APA-ya açıqlamasında bildirib ki, yaşayış məntəqəsini hədəf alan ermənilərin atdığı mərmilərdən biri ondan 20 metr aralıda düşüb. Torpağa sancılan mərmi partlamadığı üçün Y. Əliyev xəsarət almayıb. Hazırda cəbhə xəttində gərginlik davam edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM