Ermənistan Azərbaycana qarşı yeni cəbhə açır
Erməni portalları 1990-cı il hadisələri ilə bağlı Bakıdan Moskvaya köçmüş erməni ailələrini ələ keçirdikləri 143 mənzildən çıxarılması xəbərini Azərbaycana qarşı istifadə etmək istəyirlər.
İstiPress-in məlumatına görə, erməni KİV-lər bununla iyulun 4-də Füzulu rayonunun Alxanlı kəndində iki yaşlı Zəhranı və nənəsini qətlə yetirmiş Ermənistanın işğalçı cinayətini ört-basdır etməyə çalışırlar. Ermənistan prezidentinə yaxın "Panarmenian” portalı "Meduza”dan götürdüyü materiala əlavələr edərək 1988-1990-cı illərdə Azərbaycandan Rusiya paytaxtına bir neçə yüz min erməni qaçdığı iddia edir. Bununla da, Azərbaycanda ermənilərə qarşı döyzümsüzlük şəraiti olduğunu qabartmağa çalışırlar. İki yaşlı Zəhranın öldürülməsindən dərhal sonra Rusiya XİN-in bəyanat yayaraq erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması məsələsini gündəmə gətirməsi də bununla bağlıdır. Beləliklə, 6 gün qabaq iki yaşlı Zəhranı qətlə yetirən Ermənistan indi də onun xatirəsini məhv etməyə çalışır.
Düzdür, sayı 1 milyona çatan azərbaycanlı qaçqın və məcburi köçkünlərdən fərqli olaraq, 250 min erməni qaçqın sığınmaq üçün heç də öz ölkələrini seçmədilər, hazırda Ermənistanda çox az sayda Azərbaycandan getmiş qaçqın var. Azərbaycanda beynəlmiləlçi mühitdə yaşamağa alışmış Bakı erməniləri təbii ki, faşist ab-havanın hökm sürdüyü İrəvana getmədilər. Halbuki, həmin vaxt Ermənistanı tərk etməyə məcbur olmuş 240 min azərbaycanlı və 60 min kürd Azərbaycana gələrək burada yerləşmişdi. O vaxt bəzi dairələrin həmin ailələri məcburi şəkildə Qazaxıstana və Rusiyanın ucqar vilayətlərinə yönəltmək niyyəti olsa da, həmin qaçqınlar Azərbaycanı tərk etmədilər və əksəriyyəti hələ də Azərbaycandadır.
Ermənistandan qaçqın düşən azərbaycanlılara evlərini satmağa və əmlaklarını çıxarmağa imkan vermədilər. 1988-ci il dekabrın əvvəlində yüz minlərlə adam dağlardan piyada Azərbaycana keçməyə məcbur olmuşdu. Yüzlərlə insan dağlarda həlak olmuşdu, Azərbaycana yerləşmiş ailələr hər şeyi sıfırdan başlamalı olmuşdular.
Amma Bakıda evlərini və əmlakını satmış ermənilərin bəzilərinə Moskvadakı havadarları şərait yaradaraq qaçqın kimi yeni tikilmiş binalarda pulsuz mənzil vermiçdilər. İndi həmin evlərdəki 143 mənzilin sənədləşməsindəki problemi qabartmaqla erməni KİV-ləri 2 yaşlı Zəhranın qətlini ört-basdır etməyə çalışırlar.
Bu, Azərbaycana qarşı müharibədə yeni cəbhə açılması deməkdir. Azərbaycan diplomatiyası bu hücuma hazır olmalıdır. Beynəlxalq müstəvidə həm 250 min erməni qaçqının, həm də sayı 1 milyona çatan azərbaycanlı qaçqının faciəsinin kökündə məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal etməsinin dayandığı tzah edilməlidir.
Çingiz RÜSTƏMOV / İstiPress
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !