Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

11:25 | 26.06.2017
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verib

Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.
 
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.
 
Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti