"Fight Nigts Global” şirkəti Azərbaycan təmsilçisi Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan Asatryanla müqaviləni pozub.
ANN.Az-ın Report-a istinadən verdiyi məlumata görə, bununla bağlı Asatryana rəsmi bildiriş göndərilib.
Onun qovulmasına səbəb kimi geyimində siyasi məzmunlu simvoldan istifadə etməklə etik normaların pozulması göstərilib.
Şirkət bildirir ki, döyüşçülərin müqavilələrində bu məsələyə dair bəndlər var: "Anlaşmada həmin bəndlərə mütləq əməl olunması tələbi əksini tapıb”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !