Ermənistan hökumətində "yarpaq tökümü" - Müdafiə naziri də istefaya gedir

12:48 | 08.09.2016
Ermənistan hökumətində

Ermənistan hökumətində "yarpaq tökümü" - Müdafiə naziri də istefaya gedir

İstefalar davam edir
 
ANN.Az erməni KİV-lərinə istinadən xəbər verir ki,Ermənistanın Müdafiə naziri Seyran Ohanyan da istefaya göndərilməsi, onun yerinə isə Ermənistan polisinin rəhbəri Vladimir Qasparyanın təyin edilməsi gözlənilir. 

İstefaya getməsi ehtimal olunanlar arasında kənd təsərüffatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyanın yer alıb. 
 
Xatırladaq ki, Ermənistanın baş naziri Ovik Abramyan istefa verib. İlkin məlumatlara görə, onun yerinə Karen Karapetyan təyin olunacaq.
 
Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan da istefa verəcək.
 
O bildirib ki, çox güman ki, bu vəzifəyə Ermənistan prezidentinin Baş qərargah başçısı Vigen Sərkisyan təyin olunacaq.

Rəşid Mustafazadə


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb