Ermənistan İrandan Qarabağ müharibəsinə qoşulmağı tələb edir

15:54 | 23.08.2017
Ermənistan İrandan Qarabağ müharibəsinə qoşulmağı tələb edir

Ermənistan İrandan Qarabağ müharibəsinə qoşulmağı tələb edir

İrəvan Tehranın son zamanlar passivləşməsindən narazıdır

İranın Dağlıq Qarabağ üzrə neytrallığı nə qədər davam edə bilər? Bu sual Ermənistanın siyasi elitasını çox maraqlandırır.

İki tərəfin - İran və Ermənistanın münasibətləri, xüsusilə də iqtisadi sahədə son zamanlar yaxşılaşıb. Bu yaxınlarda bu Cənubi Qafqaz respublikası hökumətinin başçısı bəyan edib ki, onun ölkəsi İrandan hətta Rusiya qiymətindən ucuz qaz almağı planlaşdırır. İki ölkə arasında başqa layihələrə də baxılır.

Amma İrəvan üçün bu çox azdır. Orada çox istəyirlər ki, 30 milyondan çox azərbaycanlının yaşadığı İran kimi ölkə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın müttəfiq olsun. Yerli mətbuat qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bu yana Tehran həmişə vasitəçi səyləri ilə çıxış edib. Amma nəşr qeyd edib ki, son zamanlar İran öz vasitəçilik missiyasında xeyli passivləşib.

Bu da əlbəttə ki, rəsmi İrəvanı narahat edir. Ermənistan prezidenti Serj Sarkisyanın İrana səfəri zamanı da Dağlıq Qarabağ məsələsinə toxunulub, amma heç nəyə nail olunmayıb. Bundan başqa, bəzi ekspertlər İranın Dağlıq Qarabağ münaqişəsində daha fəal iştirakını istəməməsini bu yaxınlarda keçirilmiş Ermənistan - Rusiya hərbi təlimləri ilə bağlayırlar.

Hərbi təlimlərin İrandan Dağlıq Qarabağa silahlı qruplaşmaların hücumunun qarşısını almaq üçün keçirildiyi bildirilib. Onda mətbuat bu mövzunu bu ölkədə çox sayda azərbaycanlının yaşaması və onların buna təsir edə biləcəyi ilə iddia etmişdildr. Aydındır ki, Tehranda bu cür təlimləri yaxşı qarşılamayıblar.

Son günlərdə erməni siyasətçiləri Azərbaycanın İranın iki geosiyasi rəqibi - Türkiyə və İsraillə dostluq etməsi barədə materiallar nəşr etməyə başlayıblar. İrəvanın fikrincə, bu ölkələrin regionda fəallıq etməsi İranı Ermənistana dəstək  verməyə məcbur edə bilər. Ancaq göründüyü kimi Ermənistanın bu istiqamətdə hansısa addımlar atmağa cəhdləri uğur gətirməyib. İranla Azərbaycan arasında ildən ilə güclənən iqtisadi, mədəni və dini əlaqələr  özünəməxsus beton divara çevrilib. Ermənistanın bütün cəfəng ideyaları bu divara dəyib dağılır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM