Ermənistan ordumuzdan qorxub geri çəkildi

10:14 | 11.05.2017
Ermənistan ordumuzdan qorxub geri çəkildi

Ermənistan ordumuzdan qorxub geri çəkildi

Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma DQR rejimi yaradan Ermənistan Şuşanı bu rejimin "paytaxtı” etmək istəyir.

Anews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ermənipərəst "Regnum” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbə deyib ki, qondarma rejimin "paytaxtı”nın Xankəndindən Şuşaya köçürülməsi prosesi başlanıb.

Qeyd edək ki, bu addım Azərbaycan Konstitusiyasına, eləcə də beynəlxalq hüquq normalarına ziddir. Lakin Ermənistanın işğalçı rejiminin beynəlxalq hüquq normalarını tapdaladığı göz qabağındadır.

Burada düşündürücü sual qondarma rejimin "paytaxtı”nın Şuşaya köçürülməsi məsələsinin niyə məhz indi gündəmə gəlməsidir. Bu məsələnin məhz Şuşanın işğal günü ərəfəsində ortaya çıxması da diqqətdən yayınmır. Görünür, Ermənistan hakimiyyətinin işğal etdikləri Azərbaycan torpaqları ilə bağlı məkrli planları davam edir. Şuşaya köçmə işi də məhz işğal etdikləri torpaqları mənimsəmək məqsədlərindən xəbər verir.

Ermənistan mediası isə "paytaxtın” Şuşaya köçürülməsinin Qarabağda gərginliyin artmasına səbəb olacağını yazıb.

"Armeninareport” saytı yazır ki, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ipdən asılıdır və belə bir addım müharibəni körükləyə bilər.

Diqqətçəkən məqam odur ki, bu xəbərlərin yayılmasından sonra dünən günün sonunda qondarma rejimin sözçüsü David Babayan "paytaxtın” Şuşaya köçürülməsi haqda məlumatları təkzib etdi.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM