Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub

18:17 | 23.05.2016
Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub

Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub

Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, Melsik Çilinqaryan vəzifəsindən azad edilib.
 
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
 
Qeyd edək ki, ötən ayın sonlarında S. Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb