Ermənistan prezidenti Qasparyanla görüşdü

21:11 | 26.02.2021
Ermənistan prezidenti Qasparyanla görüşdü

Ermənistan prezidenti Qasparyanla görüşdü

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş qərargahında olub.

Anews.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Sarkisyan Baş qərargah rəisi Onik Qasparyanla görüşüb.

Bundan əvvəl isə Sarkisyan parlament sədri Ararat Mirzoyanla, parlament qruplarının rəhbərlərilə, müxalifətdəki "Vətənin xilası hərəkatı”nın rəhbəri Vazgen Manukyanla, onun həmkarları Artur Vanetsyan və Vahram Bağdasaryanla da görüşüb.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad etmiş, sonuncu isə Paşinyanın istefasını tələb etmişdi. Erməni Baş nazir bunu çevriliş cəhdi adlandıraraq tərəfdarlarını Respublika meydanına çağırmışdı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb