Ermənistan "Putin ittifaqı"ndan çıxır? - Sarkisyan cavab verdi

11:45 | 30.04.2018
Ermənistan

Ermənistan "Putin ittifaqı"ndan çıxır? - Sarkisyan cavab verdi

Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü respublikanın "köklü maraqlarına” uyğundur.
 
AzVision.az xəbər verir ki, bu barədə Armen Sarkisyan "Belarus 1” telekanalına müsahibəsində ölkədə baş verənlərin Ermənistanın xarici siyasəti, xüsusilə Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı hər hansı bir dəyişiklik riski olması barədə sualı cavablandırarkən deyib.

"Bizim üçün Avrasiya məkanı – dost məkandır. Dost, qardaş ölkələrdir. Bu, yalnız dostluq deyil, həm də Ermənistan üçün böyük bazardır. Ermənistan köklü maraqlarına görə Avrasiya məkanındadır”, - deyə Sarkisyan vurğulayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM