Ermənistan Qribayedovun abidəsinin təhqir olunmasına cinayət işi açmayıb

14:53 | 03.12.2019
Ermənistan Qribayedovun abidəsinin təhqir olunmasına cinayət işi açmayıb

Ermənistan Qribayedovun abidəsinin təhqir olunmasına cinayət işi açmayıb

РИА Новости xəbər verir ki, rus şair və diplomatı Aleksandr Qribayedovun Yerevandakı abidəsinin təhqir olunması ilə bağlı hələ cinayət işi açılmayıb.
 
Ermənistan  Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəis müavini Edqar Canoyan bildirib ki, cinayət işinin açıldığı halda məlumat veriləcək.
 
Hal-hazırda polis işlə bağlı faktlar toplayır.
 
Vandalizm aktı dekabrın ikisi axşam baş verib. Hadisəni Ermənistan "Seqakron”radikal hərəkatının başçısının oğlu Şagen Arturyan törədib. Bu barədə o özünün facebook səhifəsində canlı yayım edərək bildirib. Qeyd edib ki, bunu Armaviredə faşist Qareqin Njdenin xatirə lövhəsinin üstünün rənglənməsinə etiraz olaraq edib.
 
Tərcümə: Cavid Zahidoğlu  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb