“Ermənistana 105, Azərbaycana 17 nəfər qaytarılıb” - Zaxarova

19:20 | 21.10.2021
“Ermənistana 105, Azərbaycana 17 nəfər qaytarılıb” - Zaxarova

“Ermənistana 105, Azərbaycana 17 nəfər qaytarılıb” - Zaxarova

"Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib”.

"Qafqazinfo” xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Mübadilə prosesinin davam edəcəyinə ümid edirik”- deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb