Ermənistanda alkoqoldan ölənlərin sayı 21-ə çatdı

22:30 | 12.09.2020
Ermənistanda alkoqoldan ölənlərin sayı 21-ə çatdı

Ermənistanda alkoqoldan ölənlərin sayı 21-ə çatdı

Ermənistanda alkoqol zəhərlənməsindən daha bir nəfər ölüb.

Anews.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, avqustun 31-dən sentyabrın 12-dək ölkədə alkoqoldan 46 zəhərlənmə faktı qeydə alınıb. Onlardan 21-i ölüb, 25 nəfəri müalicə alaraq xəstəxanadan evə buraxılıb.

Avqustun 31-dən paytaxt Yerevan, eləcə də Armavir və Kotaykda saxta spirtli içkidən zəhərlənmələr qeydə alınır. Hadisələrlə bağlı artıq həbslər də başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb