Ermənistan müxalifəti Paşinyanı "satqın", Litva prezidenti "demokrat" adlandırdı VİDEO

22:20 | 20.05.2022
Ermənistan müxalifəti Paşinyanı

Ermənistan müxalifəti Paşinyanı "satqın", Litva prezidenti "demokrat" adlandırdı VİDEO

Ermənistan tərəf hesab edir ki, Qarabağda sülhün əldə olunması prosesi  birtərəfli ola bilməz. Bunu Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistana rəsmi səfərə gələn Litva prezidenti Qitanas Nauseda ilə görüşü zamanı bildirib. 
 
"Ermənistanın sülh gündəmini rəhbər tutur, lakin bu prosesin birtərəfli ola bilməz", - Paşinyan bildirib. 

Gitanas Nausėda qeyd edib ki, sülh, sabitlik və iqtisadi artım region ölkələri, Litva və Avropa İttifaqı üçün ümumi maraq kəsb edir və Litva regional dialoqun, sabitliyin və rifahın qurulmasına töhfə verməkdə davam edəcək.

Nikol Paşinyan bu hazırlığa görə təşəkkür edib və digər beynəlxalq tərəfdaşların səyləri ilə birlikdə dialoq mühitinin yaradılmasına töhfə verən Aİ, Avropa Şurasının prezidenti Şarl Mişelin səylərini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyinin himayəsi altında hərtərəfli həllinin zəruriliyi ikitərəfli şəkildə vurğulanıb.  

Nikol Paşinyan Litvanın Ermənistanda demokratiyaya dəstəyinin vacibliyini vurğulayıb.
 
Buna cavab olaraq Gitanas Nauseda ölkəsinin Ermənistanın demokratik yolunu və hökumətin islahatlar gündəmini dəstəkləməyə davam etməyə hazır olduğunu bir daha təsdiqləyib. 

Litva prezidentinin Ermənistan baş naziri ilə görüşü boyu Ermənistanın Rusiyapərəst müxalifətinin Paşinyanın igamətkahı qarşısında keçirdiyi etiraz aksiyası səngiməyib. Etirazçılar "Nikol xəyanətkar", "Nikol satqın" kimi şüarları durmadan səsləndiriblər. 

Bununla bağlı videonu diqqətinizə təqdim edirik: 
 
Aytac Zeynalova
 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb