Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə düşdü

12:08 | 05.11.2015
Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə düşdü

Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə düşdü

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi noyabrın 26-a təyin edilib.
 
APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə Lori rayonu məhkəməsindən bildiriblər. Məlumata görə, daha əvvəl noyabrın 2-də təyin olunan prosesin vaxtının dəyişdirilməsinə qərar verilib.
 
İddiaya əsasən, Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci il iyunun 23-də Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddədə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 
Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova APA-ya onun yolu azaraq, Ermənistanın Cücə kəndinə keçdiyini bildirib. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM