Ermənistanda daha 52 nəfərdə koronavirus aşkarlanıb.
Anews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 102-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 762-yə çatıb. İndiyədək 29 861 nəfər infeksiyadan sağalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !