Ermənistanın rəsmi qurumları Sarkisyanı ifşa etdi

18:27 | 27.03.2018
Ermənistanın rəsmi qurumları Sarkisyanı ifşa etdi

Ermənistanın rəsmi qurumları Sarkisyanı ifşa etdi

2 həftə sonra Serj Sarkisyan Ermənistan prezidenti vəzifəsini tərk edəcək. Onun prezidentlik fəaliyyəti dövründə hansı işlər gördüyü, ölkə üçün nələr etdiyi geniş müzakirə predmetinə çevrilib.
 
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyanın hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatında qeydə alınmış nəticələr, ortaya çıxan mənzərə olduqca acınacaqlı təsir bağışlayır. Demoqrafik sahədə vəziyyət fəlakət həddindədir.

2008-ci ildə Ermənistanda daimi əhalinin sayı 3 milyon 230.1 min nəfər idi. 2018-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, bu rəqəm 2 milyon 972.9 min nəfər təşkil edir. Yalnız rəsmi rəqəmlərə istinad etsək, 10 illik Sarkisyan hakimiyyəti dövründə Ermənistan əhalisi 257.2 min nəfər azalıb. 

2008-ci ildə Ermənistan üzrə nominal ÜDM 11,7 milyard dollar təşkil edirdisə, hazırda bu, yalnız 11,6 milyard dollardır. 2008-ci ildə Ermənistan respublikasının dövlət borcu 1 milyard 730.7 mln dollar olub, hazırda bu rəqəm 7 milyard dollar civarındadır. 

Nəhayət, əhalinin yoxsulluq göstəricisi 2008-ci ilin rəsmi məlumatlara görə, 27,6% təşkil edirdisə, hazırda 29.4%-dir. Göründüyü kimi, Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda heç bir irəliləyiş əldə olunmayıb. Sarkisyan isə çıxışlarında xalqı prezidentliyi dövründə guya Ermənistanın ciddi nailiyyətlər etdiyinə inandırmağa çalışıb. Rəsmi rəqəmlər isə onun dediklərini tamamilə yalanlayır və ifşa edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb