Ermənistanla İran arasında viza rejimi ləğv edildi

14:26 | 18.06.2016
Ermənistanla İran arasında viza rejimi ləğv edildi

Ermənistanla İran arasında viza rejimi ləğv edildi

Ermənistan parlamentinin növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvinə dair razılaşma təsdiqlənib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, cari il iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanıb.

Həmin sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Məlumata görə, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin "güclənməsi və tənzimlənməsinə" xidmət edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM