Əsir düşən İŞİD üzvləri belə yalvardılar - VİDEO

11:19 | 01.10.2014
Əsir düşən İŞİD üzvləri belə yalvardılar - VİDEO

Əsir düşən İŞİD üzvləri belə yalvardılar - VİDEO

İraqda İŞİD-lə müharibə aparan kürdlər 3 İŞİD döyüşçünü əsir götürdükləri zaman hadisə videoya yazılıb. 
ANN.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mosulun Rabiə nahiyəsində kürd silahlıları Mahmudiyə kəndinə nəzarəti ələ keçiriblər. İŞİD-lə aparılan gərgin silahlı mübarizədən sonra kürdlər digər bir neçə bölgəni də ələ keçiriblər. Bu zaman kürdlər 3 İŞİD militanını əsir götürüblər. Video-da İŞİD üzvlərinin "Biz heç nə eləməmişik, bizi azad edin", - deyə kürdləri dilə tutduqları görünür. 
Əsirlər kürdlərin nəzarətində olan daha təhlükəsiz bir yerə əsirliyə göndəriliblər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb