“Eurovision-2014”-də qalmaqal – VİDEO

14:43 | 21.04.2014
“Eurovision-2014”-də qalmaqal – VİDEO

“Eurovision-2014”-də qalmaqal – VİDEO

“Mahnı Rusiyadan Krıma ünvanlanan pərdələnmiş sevgi etirafıdır”.
“Eurovision-2014” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək Anastasiya və Mariya Tolmaçova bacılarının ifa etdikləri “Shine” (“Parıltı”) mahnısı ilə bağlı qalmaqal yaranıb.
ANNET.Az Milli.az-a istinadən xəbər verir ki, londonlu jurnalist Uilyam Li Adams bu mahnıda Rusiyanın Krımı ələ keçirməsinə işarəni aşkarlayıb.
“Mahnıda rus qızların Krım barədə oxuduqları sətir var. Belə ki, ikinci bənddəki “Living on the edge, closer to the crime - cross the line a step at a time” sözlərində “the crime” ifadəsi “cinayət” kimi yox, “Crimea”, yəni Krım kimi tələffüz olunur. Aşkar görünür ki, mahnı Rusiyadan Krıma ünvanlanan pərdələnmiş sevgi etirafıdır”, - Uilyam Li Adams yazıb.
Londonlu jurnalisti Britaniya və Qərbi Avropa mediası, habelə on minlərlə oxucu dəstəkləyib. Onlar Rusiyanın “Eurovision-2014”-dən kənarlaşdırılmasını tələb edirlər.
“Eurovision-2014”-ün təşkilat komitəsi iddiaları əsassız sayıb.
Tolmaçova bacıları isə bildiriblər ki, belə mənasız iradlara fikir vermək niyyətində deyillər: 
“Mayın 6-da Kopenhagendə keçiriləcək ilk yarımfinala hazırlaşırıq”.
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb