“Eurovision 2014” təmsilçimiz açıq-saçıq fotolarından danışdı

21:53 | 01.02.2018
“Eurovision 2014” təmsilçimiz açıq-saçıq fotolarından danışdı

“Eurovision 2014” təmsilçimiz açıq-saçıq fotolarından danışdı

"Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova media nümayəndələri ilə görüş keçirib.

 "Lent.az” xəbər verir ki, sənətçi  açıq-saçıq şəkillərindən söz açıb.

"Müğənni üçün gözəl bədən çox vacibdir. Çünki mən ilk dəfə Azərbaycanı "Eurovision” yarışmasında təmsil etdiyim zaman demişdilər ki, bədən ölçülərin çox əsasdır. Hətta mənə demişdilər ki, əl və qolların uzun olması daha vacibdir. Bədənin yaxşı görünməyi məşhurluğun bir simvoludur. Mən sosial şəbəkədə açıq-saçıq şəkillərimi paylaşandan sonra çox adam anladı ki, mənim də bədənim gözəldir. Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Anladım ki, mən göstərməsəm, onlar anlamayacaqlar, mənim yaxşı bədənim var. Gözəlliyimdən lazımi istiqamətdə istifadə edə bilirəm. Mətbuatın mahnılarımdan çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir”, - deyə Dilarə Kazımova vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Taylandda istirahət edən D. Kazımova ukraynalı fotoqraf Yevqeniy Uşakovun kamerasına poza vermiş, həmin açıq-saçıq şəkillərini İnstaqram hesabında yerləşdirmişdi. Sənətçinin bu fotoları isə birmənalı qarşılanmamış, geniş müzakirələrə səbəb olmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb