“Eurovision-2015” səhnəsi artıq hazırdır- Fotolar

22:17 | 24.04.2015
“Eurovision-2015” səhnəsi artıq hazırdır- Fotolar

“Eurovision-2015” səhnəsi artıq hazırdır- Fotolar

"Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi "Wiener Stadthalle” arenasında səhnənin təmir işləri başa çatıb. 


"Qafqazinfo”nun məlumatına görə,  təşkilatçılar müsabiqənin keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayıb. Avstryanin paytaxtı Vyanada yerləşən arenanın səhnəsinin qurulmasında ən son işıq və texnologiyalardan istifadə olunub. 

Xatırladaq ki, müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Qeyd edək ki, ölkəmizi bu il mahnı müsabiqəsində Elnur Hüseynov təmsil edəcək. O, "Hour Of The Wolf” mahnısını oxuyacaq.






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb