Evakuator Bakıda 23 yaşlı qızı öldürdü

13:43 | 06.09.2017
Evakuator Bakıda 23 yaşlı qızı öldürdü

Evakuator Bakıda 23 yaşlı qızı öldürdü

Bakıda iki "Mercedes” markalı avtomobil toqquşub.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes” markalı minik avtomobili və "Mercedes” markalı evakuator toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM