"Evə gəlmək istəmirəm, məktəb evimizdən istidir" - Reportaj

10:42 | 24.02.2021

"Evə gəlmək istəmirəm, məktəb evimizdən istidir" - Reportaj

Elə bir dövrə gəlib çatmışıq ki, indi bəzi şeylərdən deyib-danışmaq gülünc görsənir. Çünki artıq o mərhələləri adlamış olmalıydıq. Çox uzatmadan məsələnin nədən ibarət olduğhndan söhbət açmaq istəyirəm.

İnsanların qaz problemindən...
"RegionNews.az” xəbər verir ki, bu gün Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi adlan ərazidə olduq. Daha çox STP ərazisi kimi tanınan bir yer...
Burada 300 ev var və mindən çox insan yaşayır.


Yaşayır deyirik, amma qışın bu oğlan çağında soyuqda daş divarlar arasında yaşamaq yaşamaq sayılırsa...

Və ya aidiyyatl şəxslər isti yerlərində istirahət edərkən bu bəxtigətirməmişləri düşünürlərmi?

Burada 30 ildən artıqdır ki, zülümlə yaşayan, meyvə ağaclarını kəsib yandıran Rima Mehdiyevanın həyətinə baş çəkdik. Acınqcaqlı və miskin...


Rima xanım deyir ki, əllərim qabar olub, ağac kəsib yandırmaq necə zülümdür bilirsinizmi? İnsafları, vicdanları yoxdur:

" İcradan bir dəfə gəlib dedilər ki, qaz çəkiləcək. Çox sevindik. Amma iki il keçir nə qaz var, nə də birşey. Məgər burda yaşayanlar övlad yetişdirib vətənə xidmətə yollamırlar? Neçə şəhidimiz var bu qəsəbədən. Hamısını anaları bax bu soyuq divarlar arxasında böyüdüblər. İndi dərdimizi hara deyək. Daha meyvə ağacları da yoxdur, kəsib yandıraq".

Rima xanım əlavə edir ki, bu bizlərə qarşı hörmətsizlikdir:

"Yolun əks tərəfində qaz var. Amma bu tərəfə illərdir ki, çəkilmir. Yaşayış var, bu qədər adam bəs nə etsin? Əgər qanunsuzluqla əlaqələndirirlərsə o zaman niyə icazə verilir? Bu qədər insan bəs necə ev tikib? Bala, qurban olum, daha belə olmaz. 80 yaşlı kişi, 74 yaşlı mən... Donuruq, yandırmağa heç nə qalmayıb".

Daha bir sakin Faiq Qurvanov da bu çətinlikdən çıxış yolu axtarır:

"Qış başlayanda ağacları kəsib yandırdıq. Bəs indi nə yandıraq. Düşüb taxta parçları axtarırıq. Yandırmaq üçün nə var idisə hamısını yandırmışıq. İki məktəbli uşağım var. Onları necə isidək, necə edək xəstələnməsin bilmirəm".
Bax bu gördüyünüz Aysu Qurbanlıdır. Deyir ki, məktəbdən evə gəlmək istəmirəm, çünki məktəb istidir:






"Evimiz soyuq olur. Anam, atam düşüb odun axtarır. Məktəbə gedəndə sevinirəm ki, isinəcəm. Evə gəlmək istəmirəm. Gecələr heç nə yandırmırıq. Çünki yandırmaq üçün heç nə yoxdur".

Bəli, mənzərə çox acınacaqlıdır. Bu Aysu böyüyüb gələcəyin müəlliməsi, həkimi olacaq. Amma bu qış günlərində donaraq... 

İnanırıq ki, Sumqayıt İcra Hakimiyyəti və "Azəriqaz" məsələni həll edər. Bu kasıb və yaşlı insanları, məktəbliləri donmağa qoymaz".






































www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb