Bakı Apelyasiya Məhkəməsində Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "ÖZ-AK" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Samir Kazımlıya qarşı apellyasiya şikayəti ilə bağlı qərar açıqlanıb.
Hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şirkətin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki,"ÖZ-AK" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti S.Kazımılını məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən şirkət vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edib. S.Kazımlı da məhkəmədə zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə qətnamə çıxararaq, ilkin iddianı (şirkətin) qismən təmin edib, qarşılıqlı iddianı (S.Kazımlının) isə rədd edib.
Xatırladaq ki, S.Kazımlı Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur. Millət vəkilinin digər oğlu Fəxri Kazımov isə "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir.
Mənbə: Report
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !