Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb

15:00 | 29.12.2023
Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb

Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb

Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd edilib ki, 14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı

– Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

5 may 2024-cü il tarixində isə aşağıda qeyd olunan imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı

– Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

Qeyd olunub ki, DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb