Çexiya prezidenti müsəlman qaçqınları görmək istəmir

19:22 | 03.08.2016
Çexiya prezidenti müsəlman qaçqınları görmək istəmir

Çexiya prezidenti müsəlman qaçqınları görmək istəmir

Çexiya prezidenti Miloš Zeman deyib ki, ölkəsi müsəlman ölkələrindən gələn miqrantları qəbul etməməlidir.

Bu haqda jurnalistlərə Zeman-ın sözçüsü Jiří Ovčáček məlumat verib.

Ovčáček bildirib ki, prezident qətiyyətlə qaçqın qəbulu fikrini qəbul etmir: «Fransa və Almaniyadakına bənzər terror hadisələrinin ölkəmizdə olmasına icazə verə bilmərik. Qaçqınların qəbulu Çexiya Respublikasında barbar hücumların həyata keçirilməsinə zəmin hazırlayar».

Çexiya bundan əvvəl İtaliya və Yunanıstandan 2 min 691, Türkiyədən 80 qaçqın qəbul edəcəyinə söz vermişdi.

Prezident sözçüsü deyib ki, Zeman hökumətin verdiyi sözü nəzərdən keçirməsini tələb edəcək. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM